• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

DİN-dən XƏBƏRDARLIQ

CƏMİYYƏT

24 May 2022 | 00:01 | Müəllif: Subhan Mahmudov

DİN-dən XƏBƏRDARLIQ

"Yaşayış sahəsində tir tüfəngindən istifadə etmək ağır fəsadlar yarada bilər. Paytaxtın Xətai rayonunda bir nəfər tir tüfəngindən atdığı qırma digər qonşunun pəncərəsini zədələyib. Orda insan olsaydı, onun gözünə dəysəydi, necə olacaqdı?"

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi qadağandır. Həmin şəxslər onu da bilsinlər ki, bu neqativ hal xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər", - DİN rəsmisi əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR