• Bakı 21° C

    5.28 m/s

Dollar kritik səviyyəyə çatır: Gözlər ABŞ-da

DÜNYA

10 Yanvar 2024 | 09:42 | Müəllif: Qalib İbrahimoğlu

Dollar kritik səviyyəyə çatır: Gözlər ABŞ-da

Türkiyədə dollar kritik səviyyə olan 30 TL-yə yaxınlaşıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki. bu günə olan məzənnə 29,97 TL-dən başlayıb. Avro isə 32,76 TL-dir.

Dolların digər valyutalar qarşısında gücünü ölçən DXY indeksi ABŞ-da sabah açıqlanacaq kritik inflyasiya nisbətindən əvvəl yüksəlməyə başlayıb. Dünən 101 səviyyəsində ticarət edilən indeks bu gün 102.267 səviyyəsindən başlayıb.

ABŞ-da kritik inflyasiya rəqəmi sabah açıqlanacaq. FED-in 2024-cü ildə faizləri aşağı salmağa başlayacağına dair proqnozlara işıq salacaq inflyasiyanın illik bazda 3,2 faizə düşəcəyi gözlənilir.

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Mərkəzi Bankın sədri Hafize Gaye Erkan yanvarın 11-də ABŞ-da keçiriləcək sərmayədar yığıncağına qatılacaq.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026