• Bakı 13° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Dönüş tarixləri bəlli oldu

İDMAN

12 Noyabr 2025 | 23:30

Dönüş tarixləri bəlli oldu

İspaniyanın “Barselona” klubunun zədələnmiş futbolçularının bərpa prosesi ilə bağlı yeni məlumatlar açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Barça Universal” nəşri məlumat yayıb.

Bildirilib ki, qapıçı Joan Qarsiya və hücumçu Rafinya La Liqanın növbəti turunda – noyabrın 22-də baş tutacaq “Atletik Bilbao” ilə oyuna qədər sağalaraq komandanın sərəncamında olacaq.

Gənc ulduz Lamin Yamal isə təxminən 8-10 gün meydana çıxa bilməyəcək. Pedrinin dekabrın ortalarında, Mark-Andre ter Ştegenin yanvarda, Qavinin isə yalnız fevralda bərpa olunaraq oynamağa başlaması gözlənilir.

Qeyd edək ki, hazırda “Barselona” turnir cədvəlində 28 xalla ikinci pillədə qərarlaşıb və lider “Real Madrid”dən 3 xal geri qalır.


SON XƏBƏRLƏR

12 Noyabr 2025