• Bakı 15° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Dövlət İdarəsindən oğurluq edildi

HADİSƏ

17 Yanvar 2023 | 11:20

Dövlət İdarəsindən oğurluq edildi

Xızıda dövlət idarəsindən oğurluq olub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Suvarma Sistemləri İdarəsinin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti - red.) hidrotexniki qurğularından 6 ədəd beton halqanın, Şorabad kəndi ərazisində isə suburaxıcı qurğunun reduktorla birgə oğurlanması barədə polisə məlumat daxil olub.

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Əlyar Hüseynov və Nurlan Qasımov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026