• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

 "Dövlət Xidməti yüksək innovasiyalı texnologiyalardan istifadə edir" - Rüstəm Şahbazov

CƏMİYYƏT

08 Oktyabr 2024 | 10:45

 Dövlət Xidməti yüksək innovasiyalı texnologiyalardan istifadə edir - Rüstəm Şahbazov

“Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Əmlak Məsələləri Dövlət Xidmətinin iş prinsipi tam olaraq elektronlaşdırılıb. Hazırda qurum fəaliyyəti zamanı innovativ və yüksək səviyyəli texnologiyalardan istifadə edir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin Xidmət rəisinin müavini Rüstəm Şahbazov media nümayəndələri üçün təşkil edilmiş "Daşınmaz əmlakın ilkin qeydiyyatı" seminarında bildirib.

Onun sözlərinə görə, media nümayəndələrinin bu sahədə fəaliyyət göstərməsi mütləq əhəmiyyət kəsb edir.

"Biz çalışırıq ki, media nümayəndələri, jurnalistlərlə sıx əməkdaşlıq edək. Cəmiyyətin daşınmaz əmlak mövzusunda savadlılığının artmasında onların böyük rolu var",- deyə R.Şahbazov əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR