• Bakı 23° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Drujba”nın təmiri başa çatıb” - Zelenski

DÜNYA

21 Aprel 2026 | 19:47 | Müəllif: Subhan Mahmudov

“Drujba”nın təmiri başa çatıb” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski “Drujba” neft kəmərinin bir hissəsində təmir işlərinin başa çatdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu haqda teleqramda bildirib.

“Avropa İttifaqı ilə kommunikasiyalarda razılaşdırıldığı kimi, Ukrayna “Drujba” kəmərinin Rusiyanın zərbəsi nəticəsində zədələnmiş hissəsinin təmirini başa çatdırıb. Kəmər fəaliyyətini bərpa edə bilər”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, yanvarın 27-də kəmərin cənub qolu ilə nəqllər dayandırılıb. Kiyev bunu infrastrukturun Rusiyanın zərbələri nəticəsində dəymiş ziyanla əlaqələndirib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026