Dünya şöhrətli amerikalı aktyor Mitçel Rayan vəfat edib.
Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, 88 yaşlı aktyor Los-Ancelesdəki evində ürək çatışmazlığından ölüb.
Televiziya tamaşaçılarının “Santa Barbara”, “Dark Shadows” serialı, kinosevərlərin “Lethal Weapon” filmi ilə ürəkləri fəth edən aktyorun ölüm xəbərini ögey qızı Denis Friid açıqlayıb.
















