• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır" - Prezident

SİYASƏT

01 Sentyabr 2022 | 18:21 | Müəllif: Subhan Mahmudov

"Əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır" - Prezident

"Azərbaycan və İtaliya arasında əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliya Prezidenti Sercio Mattarella ilə görüşündə bildirib.

Dəvətə və qonaqpərvərliyə görə İtaliya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı son səfərini xatırlayaraq, əldə edilmiş bütün razılaşmaların həyatda öz əksini tapdığını qeyd edib.

“Biz keçən dəfə Sizinlə burada görüşəndə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalamışıq. Eyni zamanda, Azərbaycan-İtaliya Universitetinin yaradılması haqqında söhbət etmişik. Bu gün isə İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldı”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026