• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

""Like" üçün alçalan gənclər": Psixoloq Afiyəddin Cəlilovdan DANIŞDI

CƏMİYYƏT

29 Yanvar 2024 | 16:30

""Like" üçün alçalan gənclər": Psixoloq Afiyəddin Cəlilovdan DANIŞDI

Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn 9-cu sinif  şagirdi Əli-Afiyəddin Cəlilov sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir kİ, son olaraq onun qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib.

Maraqlıdır, bu yeniyetmənin hərəkətləri psixoloji problem yoxsa, tərbiyəsizlikdir? Ailələr və toplum belə yeniyetmələrə qarşı necə davranmalıdır?

Psixoloq Gülnar Orucova bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, indiki yeniyetmələr əvvəlkilərdən fərqlənir. İndikilər ancaq məşhur olmaq istəyirlər:

“Bu da ailədə verilməyən özgüvəndən qaynaqlanır. Özgüvən məhz ailədə formalaşır. Ailədən kənarda formalaşmadığı üçün də valideyn övladına hörmət etməli, qayğısına qalmalı, sevgisini göstərməlidir. Əks halda onun övladı sonradan sevgisizlikdən ətrafdakı insanların sevgisini qazanmaq üçün alçalacaq, intihar edəcək, düzgün olmayan hərəkətlərə yol verəcək”

Onun sözlərinə görə, “like” toplamaq üçün sosial şəbəkələrə üz tutan gənclərin bu cür hərəkətlərini qınamaq lazımdır:

“Yayımlandığı gündən bu videonu hamı paylaşdı. Yeniyetmə də düşündü ki, yaxşı bir iş görüb. Hamı onu tanıyıb".

Gülnar Orucova: Yeniyetmənin bu davranışının kökündə tərbiyə faktoru dayanır

Psixoıoq qeyd edib ki, amma biz onu məlum videonu paylaşmadan da qınağa çəkə bilərdik:

"Bu, digər yeniyetmələr də, yaxşı dərs olardı, nəinki videonu yaymaq.

Videodakı yaşlı xanımın küçədə güclə hərəkət etdiyi görünür. Yeniyetmə də onu  tutub qaldırır. Yaşlı adamların sümükləri zəif olur. Hətta o anda sümük qırılması da ola bilərdi. Yeniyetmənin bu davranışı ictimailəşmiş davranış pozuntusudur və kökündə tərbiyə faktoru dayanır”.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026