• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əliyev və Vuçiç bu məsələləri müzakirə etdilər

SİYASƏT

23 Noyabr 2022 | 16:11

Əliyev və Vuçiç bu məsələləri müzakirə etdilər

Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.

"Bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar (Serbiya Prezidenti Aleksandar Vuçiç - red.) dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahəsində əməkdaşlıq üçün yeni imkanlar var", - Prezident qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026