• Bakı 22° C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Elvin "Qarabağ"dan gedə bilər - YENİLƏNİB

İDMAN

22 Iyun 2026 | 12:15

Elvin Qarabağdan gedə bilər - YENİLƏNİB

Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev "Qarabağ"la Avstriyadakı təlim-məşq toplanışına yollansa da, onun hələ də klubdan ayrılmaq ehtimalı var.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 25 yaşlı cinah müdafiəçisinin agenti Tural Əsgərov deyib.

O, milli üzvünün transferi üçün çalışmaların davam etdiyini vurğulayıb:

"İşimiz davam edir. Biz onun transferinin gerçəkləşməsinə çalışırıq. "Qarabağ" klubu da buna etiraz etmir. Elvin də getmək istəyir. Mümkün ola biləcək təkliflər dəyərləndiriləcək. Hər şey düzgün alınsa, Elvin yeni mövsümə başqa komandada, ölkə xaricində və ya Avropada başlayacaq. Alınmasa, bizi qane etməyən təklif olsa, müqaviləsi var və klubda qalacaq".

T.Əsgərov E.Cəfərquliyevin daha əvvəl klub tərəfindən cəzalandırılıdığını xatırladıb:

"Elvin Cəfərquliyev klub tərəfindən cəzalandırılmışdı və əsas komandada məşq etmək hüququnu itirmişdi. Hesab etdilər ki, oyunçunun komandada olması daha doğrudur. Elvin komandada qala və ya ayrıla bilər. Hər iki variant mümkündür. Hər iki hal üçün futbolçunun məşq edib normal formada olması daha yaxşıdır. Nəzə alaq ki, Elvin Cəfərquliyevin klubla qüvvədə olan müqaviləsi var".

Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Ağdam təmsilçisi onu transferə çıxarıb.

***

10:53

Elvin Cəfərquliyev “Qarabağ”ın əsas komandasına qayıdıb. 

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o bu gün məşqə qoşulub.

Qeyd edək ki, futbolçu komanda ilə Avstriyadakı təlim-məşq toplanışına yollanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026