• Bakı 15° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Elvin Həsənzadə bədbəxt hadisə nəticəsində vəfat etdi

HADİSƏ

10 Mart 2024 | 23:57 | Müəllif: Subhan Mahmudov

Elvin Həsənzadə bədbəxt hadisə nəticəsində vəfat etdi

Ağstafa rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Elvin Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib.

Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, mərhum gələn ay hərbi xidmətə getməli idi.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026