• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mobil operatorun stansiyasından oğurluq edənlər saxlanıldı

HADİSƏ

09 Aprel 2024 | 15:37

Mobil operatorun stansiyasından oğurluq edənlər saxlanıldı

Mobil operatorlardan birinin stansiyasından oğurluq edilib.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 ədəd şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.

    Hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. A.Rəhimov və R.Babayevin digər talama cinayətlərində iştirak edib-etmədiklərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.


    Mobil operatorun stansiyasından oğurluq edənlər saxlanıldı
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026