Müğənni Emil Bədəlovun avtomobilindən oğurluq edilib.
Bakıvaxtı.az bildirir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, bir ay əvvəl baş verən hadisə zamanı bahalı telefon və nömrəsinin oğurlandığını bildirib:
"Bağda olanda dənizə getmişdim. Çimərlikdə telefonu maşına qoydum. Dedim ki, 5 dəqiqəlik suya girim sonra gedərəm. Öz səhlənkarlığımdan oldu. Qayıdanda gördüm ki, nə saat var, nə də telefon. Nömrəsiz qalmışam. Mahnılarım da içində olub. Bununla bağlı polisə də müraciət etmişəm"./axşam.az