• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Emin Əmrullayev islahatlara loqodan BAŞLADI

CƏMİYYƏT

13 May 2022 | 15:57 | Müəllif: Subhan Mahmudov

Emin Əmrullayev islahatlara loqodan BAŞLADI

Daha bir idman federasiyası loqosunu dəyişəcək.

Bakıvaxtı.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin rəhbəri olduğu Azərbaycan Basketbol Federasiyası loqo dəyişikliyinə ehtiyac duyub.

Bunun üçün mayın 14-də federasiya yeni loqonun və vebsaytın təqdimatını edəcək. Həmçinin, həmin tədbirdə milli komandanın yeni formaları təqdim olunacaq.

“Yeni Nəfəs. Yeni Başlanğıc” adlı tədbirdə Basketbol Federasiyasının son beş ay ərzində gördüyü işlər, eyni zamanda görülməkdə olan və görülməsi nəzərdə tutulan mühüm lahiyələr haqqında ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl Gənclər və İdman Nazirliyi başda olmaqla, Cüdo Federasiyası, Kanoe və Avarçəkmə Federasiyası, Kikboksinq Federasiyası və Velosiped Federasiyası loqolarını bu il dəyişiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026