• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ərdoğan AÇIQLADI - Türkiyədə bu raketlərə sahibdir

DÜNYA

21 Oktyabr 2022 | 16:29

Ərdoğan AÇIQLADI - Türkiyədə bu raketlərə sahibdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin oktyabrın 18-də gizli şəkildə sınaqdan keçirilmiş yeni “Tayfun” ballistik raketinə sahib olduğunu təsdiqləyib.

Bu barədə Bakıvaxtı.az-a xəbər verir.

“İndi bizim “Tayfun”umuz var və bu bizim ismarışımızdır”, - o, İstanbul Universitetində çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti iqtisadiyyatın mühüm sahələrindən birinin müdafiə sənayesi olduğunu vurğulayıb: “Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə Türkiyənin müdafiə məmulatlarının ixracının həcmi 250 milyon dollardan 3 milyard dollara yüksəlib”.

Dövlət başçısı Türkiyədə 20 il ərzində müdafiə layihələrinin sayının 62-dən, təxminən, 750-yə çatdığını, büdcənin isə 5,5 milyard dollardan 75 milyard dollara yüksəldiyini deyib. /Report


Ərdoğan AÇIQLADI - Türkiyədə bu raketlərə sahibdir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026