• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qazaxıstanda zəlzələ baş verib

DÜNYA

20 Noyabr 2022 | 10:36 | Müəllif: Subhan Mahmudov

Qazaxıstanda zəlzələ baş verib

Qazaxıstanın Seysmik Stansiyalar şəbəkəsi bazar günü yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 07:21) ölkənin cənubunda 5,7 bal gücündə zəlzələ qeydə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

"Zəlzələnin episentri Almatıdan 273 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar 5,7 maqnitudada olub", - məlumatda deyilir.

Seysmoloqların bildirdiyinə görə, iki-üç bal gücündə (MSK-64 şkalası üzrə) zəlzələ Taldıkorqan şəhərində, Kapal-Arasan kəndində üç bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR