• Bakı 9° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan CHP-ni sərt tənqid etdi

DÜNYA

10 Iyun 2026 | 18:49 | Müəllif: Subhan Mahmudov

Ərdoğan CHP-ni sərt tənqid etdi

Cümhuriyyət Xalq Partiyasının 38-ci qurultayı ilə bağlı müzakirələrdə qurultayı keçirən də, qurultaya nöqsan qarışdığını iddia edən də, bu iddiaları sənədləri ilə birlikdə məhkəməyə aparıb haqqını axtaran da CHP üzvləridir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında yazıb.

"Qazi Mustafa Kamalın (Atatürkün – red.) qurduğu partiyanı, üzr istəyərək deyirəm, pavyon masalarına salanlar yenə özləridir", - o bildirib.

Ərdoğanın sözlərinə görə, rüşvət ittihamları da CHP üzvləri arasındadır:

"Dünən "xalqın ümidi" dediklərinə bu gün "xain" damğası vuranlar da özlərindən başqası deyil".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR