• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan ikinci TOGG-u İlham Əliyevə verəcək

CƏMİYYƏT

02 Fevral 2023 | 09:55

Ərdoğan ikinci TOGG-u İlham Əliyevə verəcək

"Türkiyə istehsalı olan TOGG elektromobilinin ikinci seriya nüsxəsi Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təhvil veriləcək".  

Bakıvaxtı.az xəbər verir ki, bunu  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində deyib.  

TOGG-nin ilk seriya nüsxəsinin Türkiyə prezidentinə təhvil veriləcəyi bildirilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 29-da ölkənin qərbində Bursa vilayətində (Gemlik rayonu) zavodda ilk türk elektromobilinin konveyerdən buraxılması mərasimində iştirak edib.TOGG elektrik avtomobili 2019-cu ildə təqdim edilib. Ən populyar yolsuzluq avtomobili seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında baş tutub, o, 100 km/saata 4,8 saniyəyə sürətlənib. İstehsalçıların fikrincə, elektromobilin 80% enerji ilə doldurulması 30 dəqiqə çəkəcək, məsafə 500 km olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026