"Nə biz "oldu, bitdi"lərə icazə verəcəyik, nə də Kipr türk xalqı təhdidlərə boyun əyəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı Lefkoşada keçirilən tədbirdə deyib.
"Adanın qədim və əsl ünsürü Kipr türklərinin yox sayılması mümkün deyil. ŞKTR-nin tanınması, iki dövlətli çözümün həyata keçirilməsinə yönəlmiş səylərimizi qərarlı şəkildə davam etdiririk. Şuşada təşkil edilən TDT-nin qeyri-rəsmi zirvəsində Prezident Ərsin Tatarın iştirakı buna misaldır. Bu prosesdə göstərdiyi mətanətə görə Azərbaycan Prezidenti qardaşım Əliyevə bir daha təşəkkür etmək istəyirəm", - deyə Ərdoğan vurğulayıb.
















