• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğanla azərbaycanlı polis arasında maraqlı dialoq - VİDEO

CƏMİYYƏT

27 Iyul 2023 | 10:18

Ərdoğanla azərbaycanlı polis arasında maraqlı dialoq - VİDEO

Türkiyənin Ankara şəhərində Polis Akademiyasında “məzun günü” keçirilib. Tədbirdə məzun olanlar arasında Azərbaycan polisləri də olublar.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan iştirak edib. 

Akademiya üzrə göstəricilərinə görə birinci olan azərbaycanlı polis Sərxan Oruclunu R.T.Ərdoğan təltif edib.

Təltifetmə zamanə Ərdoğanla S.Oruclu arasında maraqlı dialoq yaşanıb:

T.Ərdoğan: “Nə vaxt ölkənə qayıdacaqsan?”

S.Oruclu: “Ayın 29-da gedəcəyəm”.

T. Ərdoğan: “Qardaşım İlham Əliyevə (Azərbaycan Respublikasının Prezidenti) salam söylə”.

S.Oruclu: “Oldu”.

T. Ərdoğan: “Söz verirsənmi, salam söyləyəcəksən?”

S.Oruclu: “Söz verirəm, sağ olun”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026