Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başa çatıb.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O, müzakirələrin bir saat yarım çəkdiyini söyləyib.
D.Peskov bildirib ki, dövlət başçıları Rusiya ilə Ukrayna arasında davam edən savaşın nizamlanması barədə fikir mübadiləsi aparmayıblar.
14:08
Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşü keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, enerji sahəsində əməkdaşlıq, Ukraynadakı müharibə və Suriya ilə bağlı məsələlər müzakirə olunur.
Liderlər Rusiya-Ukrayna müharibəsi və atəşkəs prosesi, həmçinin Qara dəniz taxıl dəhlizi məsələsini müzakirə etdikləri bildirilib.











jpg-1668233512.webp)




