• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğanla Putin məsləhətləşmələr aparacaq

DÜNYA

02 Dekabr 2021 | 20:51

Ərdoğanla Putin məsləhətləşmələr aparacaq

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin telefonla görüşü planlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama yayıb.

O bildirib ki, telefon danışığı zamanı Ukrayna məsələsi də danışıla bilər:

“Əgər Türkiyə Prezidenti Ərdoğan bu məsələni açsa, o zaman məsləhətləşmələr aparıla bilər”.

Peskov Ərdoğanın Türkiyənin bölgədə sülh üçün Rusiya və Ukrayna arasında vasitəçi ola biləcəyi ilə bağlı da danışıb:

“Ərdoğanın regional və beynəlxalq məsələlərin bir çox aspektlərinə əhəmiyyətli təsiri var. Əgər cənab Ərdoğan bu təsirindən Kiyevlə bağlı Minsk razılaşmalarını, Parisdə əldə olunan razılaşmaları həyata keçirmək üçün istifadə edə bilsə, Rusiya bunu alqışlayar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026