• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Erməni iş adamı Moskvada güllələndi

DÜNYA

09 Noyabr 2021 | 20:36

Erməni iş adamı Moskvada güllələndi

Keçmiş erməni güləşçi, iş adamı Hayk Arutyunyan Moskvada güllələnib.

Bakıvaxtı.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə H.Arutyunyanın Moskva vilayətinin Krasnoqorsk rayonunun Qalevo kəndindəki şəxsi evində baş verib.

Bildirilir ki, hadisə noyabrın 8-də baş verib. Belə ki, onlara köhnə tanışları olan Aşot adlı şəxs qonaq gəlib. O, ev sahibi H.Arutyunyanla mübahisə edib. Mübahisədən sonra Aşot keçmiş idmançını tüfənglə güllələyib. Arutyunyanı xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Hadisəni törədən şəxs hələ saxlanılmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026