• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bill Qeyts koronavirusun bitmə tarixini ELAN ETDİ

DÜNYA

09 Dekabr 2021 | 17:05 | Müəllif: Subhan Mahmudov

Bill Qeyts koronavirusun bitmə tarixini ELAN ETDİ

Koronavirusun yeni ştamlarının ortaya çıxmasına və peyvəndlərin kifayət qədər olmamasına baxmayaraq, COVID-19 pandemiyasının kəskin mərhələsi gələn ilin əvvəlində başa çata bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Microsoft”un yaradıcısı Bill Qeyts şəxsi bloqunda məlumat paylaşıb.

O etiraf edib ki, "delta" ştamının belə yoluxucu variantının meydana çıxacağını və insanların peyvənd olunmağa və maska taxmağa bu qədər uzun müddət inandırılmalı olacağını gözləmirmiş.

"Lakin ümid edirəm ki, son çox da uzaqda deyil. Başqa bir proqnoz vermək ağılsızlıq olardı, amma düşünürəm ki, pandemiyanın kəskin mərhələsi 2022-ci ildə başa çatacaq".

“Omikron” ştamının narahatlığına baxmayaraq, qlobal ictimaiyyət indi əvvəlki mərhələlərə nisbətən virusla mübarizə aparmaq üçün daha yaxşı təchiz olunub”, - Bill Qeyts deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026