• Bakı 17° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nursultan Nazarbayev hazırda haradadır?

DÜNYA

08 Yanvar 2022 | 12:00 | Müəllif: Subhan Mahmudov

Nursultan Nazarbayev hazırda haradadır?

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nur-Sultandadır və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir.

Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, bunu N.Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib.

"Yalan və spekulyativ məlumatlar yaymamağı xahiş edirik. Nursultan Nazarbayev məşvərət görüşləri keçirir və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir. Bundan başqa, N.Nazarbayevin bir sıra ölkə rəhbərləri ilə telefon danışıqları olub", - deyə o bildirib.

Mətbuat katibi əlavə edib ki, sabiq prezident çətinliklərin öhdəsindən gəlmək üçün hər kəsi K.Tokayevin ətrafında sıx birləşməyə çağırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026