ABŞ Prezidenti Co Baydenlə fransalı həmkarı Emmanuel Makronl arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, tərəflər Ukraynanın Rusiya ilə sərhədindəki vəziyyəti müzakirə ediblər.
"Bayden və Makron Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər", - deyə məlumatda qeyd olunub.
Bundan əlavə, iki ölkənin prezidentləri Kiyev də daxil olmaqla, müttəfiqlər və tərəfdaşlarla məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını deyiblər.
















