• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Azov” batalyonu Kiyevin müdafiəsini hazırlayır

DÜNYA

09 Mart 2022 | 00:15 | Müəllif: Subhan Mahmudov

“Azov” batalyonu Kiyevin müdafiəsini hazırlayır

"Azov" batalyonu və Ukrayna Silahlı Qüvvələri Kiyevin bir neçə müdafiə xəttini təmin edir.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə yerli kanalların birinə Milli Korpusun Mərkəzi Qərargahının rəhbəri, hazırda paytaxtdakı "Azov" komandirlərindən biri olan Maksim Jorin danışıb.

"Mühəndis texnikası, hərbçilərin köməyi ilə tikilən bir neçə müdafiə xətti Kiyevi xilas edəcək. Onlarda heç nə alınmayacaq. Biz Kiyevin müdafiəsi ilə məşğuluq. Əsas istiqamətlər İrpen, Buça, Vorzel, Yasnoqorodkadır. Artıq günlərdir ki, Moşçun qəsəbəsi ərazisində döyüşlər gedir. Düşmən bir neçə dəfə hücuma keçməyə və müdafiəmizi yarmağa cəhd edib. Lakin Moşçun bizim nəzarətimizdə qalır, İrpen çayını keçməyi bacaran bütün texnika zərərsizləşdirilib", - Jorin vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026