• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukraynada sükut rejimi: Rusiya humanitar dəhlizlər açır

DÜNYA

09 Mart 2022 | 00:12 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada sükut rejimi: Rusiya humanitar dəhlizlər açır

Bu gün Moskva vaxtı ilə saat 10:00-dan etibarən sükut rejimi elan edir və Ukraynanın bir sıra şəhərlərindən, o cümlədən Kiyevdən humanitar dəhlizlər açmağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Ukraynadakı humanitar yardım üzrə idarələrarası koordinasiya qərargahı məlumat yayıb.

Rusiya Ukrayna tərəfi ilə razılaşaraq Kiyev şəhərindən və ona bitişik yaşayış məntəqələrindən humanitar dəhlizlər vasitəsilə Belarus ərazisindən keçməklə Qomel şəhərinə, sonradan cənub istiqamətində hava yolu ilə Rusiya Federasiyasına çatdırmağa hazırdır (report).

Daha sonra Çerniqov şəhərindən Belarus ərazisindən keçməklə Qomel şəhərinə, sonradan hava nəqliyyatı ilə Rusiyaya, cənub istiqamətində çatdırılma;

Sumi şəhərindən iki marşrut üzrə Poltava və Belqorod şəhərlərinə - sonra hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə seçilmiş istiqamətlərə və ya müvəqqəti yaşayış məntəqələrinə, cənub istiqamətində.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026