Martın 8-dən etibarən Azərbaycan və Rusiya arasında birbaşa hava əlaqəsi dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, həm Rusiya, həm də Azərbaycan aviaşirkətlərinə aiddir. Əlbəttə, bu hadisə bir çox sərnişinlərin planlarına ciddi təsir edib.
Hazırda pandemiya-karantin qaydalarına görə Azərbaycan və Rusiya arasında quru sərhədi bağlıdır, yəni nə qatar, nə avtobus, nə də şəxsi avtomobillə Azərbaycan vətəndaşları Rusiya Federasiyasına keçə bilməzlər.
Birbaşa hava əlaqəsi də bağlandığı üçün, qalır üçüncü ölkə üzərindən uçuş etmək. Sizə Azərbaycandan Rusiyaya və Rusiyadan Azərbaycana gəlmək üçün alternativ yolları təqdim edirik (aviatravel.az).
Azərbaycan vətəndaşlarının Rusiya şəhərlərinə ən qısa məsafəli səfəri İstanbul üzərindən Türk Hava Yolları və Pegasus, Minsk üzərindən isə Belavia ilə mümkündür.
Misal üçün, Bakı-İstanbul-Moskva səfərinə minimum 9 saat sərf edəcəksiniz. Qiymət isə yaxın tarixlərə bir tərəf üçün 300 avrodan başlayır. Moskva-İstanbul-Bakı səfərinə isə ən azı 8 saat və 1200 avro lazımdır. Ən yaxın tarixlərə isə bilet qiyməti 2000 avronu aşır Bu normal qiymərlərdən hardasa 10-12 dəfə çoxdur, çünki Bakıdan Moskvaya birbaşa uçuşun qiyməti təxmini 100-200 avro olur.
















