Dünyanın gözü yenidən Rusiya-Ukrayna sərhədindədir. Bölgədən gələn xəbərlərlə yenidən münaqişə ehtimalı müzakirə olunub.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya bölgədəki hərbi varlığını artırmağa davam edərkən, Ukrayna mümkün qarşıdurmaya hazırdır. Ordusunu ABŞ başda olmaqla digər ölkələrin silahları ilə təchiz edən Ukraynada əhaliyə hərbi təlimlər keçirilir.
Paytaxt Kiyevdə keçirilən təlimin görüntüləri yayımlanıb. Kadrlarda müxtəlif yaş qruplarından yüzlərlə insana ilkin hərbi hazırlıq keçirildiyi görünür.
Ölkə mətbuatında yer alan xəbərlərdə bildirilir ki, iştirakçılar təcrübələrinə görə 3 əsas qrupa bölünüblər. Təlimlərdə iştirakçılara mümkün müharibə zamanı ilkin tibbi yardım, silahdan istifadə və müdafiə taktikası öyrədilir.
Son məlumatlara görə isə, Rusiyanın sərhəddəki hərbi varlığı 100 mini keçib.
Aytac Aslan

















