• Bakı 16° C

    0.09 m/s

Ermənilər Qarabağı yalnız bu şəkildə tərk edə bilərlər

DÜNYA

05 Aprel 2023 | 14:55

Ermənilər Qarabağı yalnız bu şəkildə tərk edə bilərlər

Qarabağda qanunsuz fəaliyyət göstərən terrorçu rejim, əhalini məcburi şəkildə bölgənin sülhməramlıların nəzarətində olan hissəsində saxlamağa çalışır. 

Bakıvaxtı.az  xəbər verir ki, qondarma rejimin "dövlət naziri" Qurgen Nersisyanın sözlərinə görə, bundan sonra Qarabağdan Ermənistana getmək yalnız ciddi ehtiyac  yarandığı halda mümkün olacaq. 

"Bundan sonra Artsaxdan Ermənistana təcili ehtiyac yaranarsa, yalnız Rusiya sülhməramlı qüvvələri ilə əməkdaşlığın təmin edilməsi üçün mərkəzə müraciət etməklə və mərkəzin icazəsi ilə getmək mümkün olacaq", - deyə məlumatda bildirilib. 

Onlar bunu yolun bağlanması ilə əlaqələndirsə də, məqsəd ermənilərin Qarabağdan getməsinin qarşısını almaqdır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR