• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Akar Azərbaycan-Ermənistan sərhədindəki gərginlik DANIŞDI

DÜNYA

05 May 2023 | 13:42

Akar Azərbaycan-Ermənistan sərhədindəki gərginlik DANIŞDI

“Azərbaycan-Ermənistan şərti sərhədində son vaxtlar yaşanan gərginlik narahatlıq doğurur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TRT Worl”da dərc olunan “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” sərlövhəli məqaləsində bildirib.

O yazıb ki, regionda vəziyyət kövrəkdir: “Sülh sazişinin imzalanmasına dair ümidlər azalmaqdadır. 2020-ci ildə imzalanan atəşkəs razılaşması ilə qızıl fürsət yarandı. Ermənistanın 30 illik işğalına son qoyuldu. Beləliklə, 1 milyon azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmalarına şərait yarandı”.

H.Akar qeyd edib ki, şərti sərhəddəki gərginlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026