• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Hosteldə dəhşət dolu anlar - 7 nəfər öldü

DÜNYA

04 Iyun 2023 | 09:54 | Müəllif: Subhan Mahmudov

Hosteldə dəhşət dolu anlar - 7 nəfər öldü

Cənubi Afrika Respublikasının (CAR) Umlazi şəhərindəki "Glebelands" hostelində atışma nəticəsində 7 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə yerli Enca telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polisin məlumatına görə, 20-40 yaşlarında olan 9 kişi hosteldə spirtli içki qəbul edərkən naməlum silahlı şəxslər peyda olub və onlara atəş açmağa başlayıb. Hadisəni törədənlər daha sonra hadisə yerindən qaçıblar.

"Yeddi zərərçəkən yerindəcə ölüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib", - polisdən bildirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR