Son sutka ərzində Ukraynada Rusiya ordusunun 770 canlı qüvvəsi məhv edilib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, müharibə başlayandan bu günədək Rusiya 231 030-a yaxın əsgərini itirib.
Bundan başqa dünən Ukrayna ordusu qarşı tərədin daha 2 tankını, 9 zirehli döyüş maşınını, 32 artilleriya sistemini, 6 çoxlu raket sistemini, 3 hava hücumundan müdafiə qurğusunu, 29 əməliyyat-taktiki səviyyəli dronu, 9 minik avtomobili və sisternini məhv edib.
Murad Məmmədli
















