• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Kiyevə 820-ci hava hücumu

DÜNYA

03 Avqust 2023 | 09:36 | Müəllif: Qalib İbrahimoğlu

Kiyevə 820-ci hava hücumu

Avqustun 3-nə keçən gecə Kiyevdə "Şahedi"n səkkizinci ardıcıl hücumu baş verib.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki. bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

Onun sözlərinə görə, hücum dünən olduğu kimi yenə də kütləvi xarakter daşıyıb.

“Hava hədəfi Kiyevə yaxınlaşarkən hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən aşkar edilərək məhv edilib", - deyə Popko qeyd edib.

İlkin məlumata görə, hadisə nəticəsində tələfat və dağıntı yoxdur.

Paytaxtdakı bu hava hücumu üç saat davam edbi və müharibə başlayandan bəri Kiyevə 820-ci hücumdur.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR