• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Zelenski payızda “sülh sammiti” keçirmək istəyir

DÜNYA

02 Avqust 2023 | 21:35 | Müəllif: Subhan Mahmudov

Zelenski payızda “sülh sammiti” keçirmək istəyir

Ukrayna prezidenti Volodimir Zelenski  2023-cü ilin payızında “sülh sammiti” keçirməyə ümid etdiyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna tərəfi hazırda sammitin bu ilin payızında baş tutmasını təmin etmək üçün çalışır. Zelenskinin fikrincə, tədbirdə dünya çoxluğu olmalıdır.

Ukrayna prezidenti əlavə edib ki, tezliklə payız gələcək, lakin sammitə hazırlaşmaq, eləcə də əksər dövlətləri iştiraka cəlb etmək üçün hələ vaxt var. O əlavə edib ki, ukraynalı diplomatların fəaliyyətindən çox şey asılıdır.

Onu da qeyd edək ki, Zelenski sentyabrda Nyu-Yorkda keçiriləcək  Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak edə bilər .

Baş Assambleyada Zelenski “sülh formulu” mövzusuna toxunmağı, həmçinin bir sıra görüş və sessiyalarda iştirak etməyi planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026