• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Belçika baş naziri velosipeddən yıxıldı

DÜNYA

04 Iyun 2023 | 12:11 | Müəllif: Subhan Mahmudov

Belçika baş naziri velosipeddən yıxıldı

Belçika Baş naziri Aleksandr De Kro evinin yaxınlığında velosipeddən yıxılaraq xəsarət alıb və huşunu itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə Brüsseldən təxminən 60 kilometrliyində yerləşən kənddə baş verib. Başından xəsarət alan Aleksandr De Kro xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilib. Baş nazir bir neçə saat sonra xəstəxanadan evə buraxılıb.

Baş nazirin bazar günü istirahət edəcəyi və qəzanın onun gələn həftəki iş qrafikinə təsir etməyəcəyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026