• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynadan qaçan erməni Göyçədə güllələndi

DÜNYA

04 Iyun 2023 | 12:26 | Müəllif: Subhan Mahmudov

Ukraynadan qaçan erməni Göyçədə güllələndi

Ermənistanın Göyçə (Geqarkunik) rayonunda sakinlər arasında atışma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, 44 yaşlı Karen Poqosyan 41 yaşlı Askanaz Poqosyan tərəfindən güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir.

Qeyd edilir ki, zərərçəkmiş uzun illər Ukraynada bizneslə məşğul olub və Rusiya-Ukrayna müharibəsi başlayanda həmin ölkədən qaçıb.

Zərərçəkən və hadisəni törədən şəxslərin qohum olduqları bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026