• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski: "Ukraynanın sağ qalması çox çətindir"

DÜNYA

04 Iyul 2023 | 12:12

Zelenski: "Ukraynanın sağ qalması çox çətindir"

Ukraynanın ABŞ dəstəyi olmadan sağ qalması çox çətindir və bu, faktdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib:

“ABŞ-ın yardımı olmasaydı, bu, dondurulmuş münaqişə olardı. ABŞ-ın yardımı ilə biz öz ərazilərimizi işğaldan azad edəcəyik, işğaldan azad edilən hər şəhər Putini zəiflədir. Biz bundan qorxmamalıyıq”.

Zelenski müharibə bitənədək üzvlük verilməsə belə, ölkəsinin NATO-ya dəvət edilməsinin ABŞ Prezidenti Co Baydendən asılı olduğunu deyib və onu bu addımı indi atmağa çağırıb.

“Bu gün Ukraynanın NATO-ya daxil olub-olmamasına ABŞ qərar verir. Bu günkü vəziyyət budur və bu, bir faktdır – NATO ölkələrinin əksəriyyəti Ukraynanın NATO-ya dəvət edilməsini dəstəkləyir, tərəddüdü olanlar isə sadəcə olaraq Prezident Baydenə baxır və o, (Bayden) bilir ki, bu ondan asılıdır, bu onun qərarı olacaq”.

Zelenski qeyd edib ki, Ukraynanın NATO-ya dəvət edilməsi əsgərləri üçün böyük motivasiya olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026