Kanadanın baş naziri Castin Trüdo və həyat yoldaşı Sofiya Qrequar Trüdo ayrılmağa qərar verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, baş nazir 18 illik evliliyini bitirmək qərarı alıb. Verilən məlumata görə, ayrılmaq qərarı almaqlarına baxmayaraq, xalq qarşısına birlikdə çıxmağa davam edəcəklər.
Qeyd edək ki, Castin və Sofiya cütlüyü 2005-ci ildə nigah masasına əyləşiblər. Onların Xavier, Ella Grace Margaret, Hadrien adlı 3 övladı var.
Xəyalə Rza
















