Ermənistan Prezidenti Armen Sarkisyan istrfa ərizəsini xaricdə yazıb.
Bakıvaxtı.az xəbər verir i, bunu "Sputnik Armenia"ya dövlət başçısının ofisindən bildirilib.
Qeyd olunub ki, Sarkisyan xaricdə ərizə yazmasını tibbi müayinənin dayandırılmasının mümkünsüzlüyü ilə izah edib.
"Prezident məzuniyyətdədir, onu Ermənistandan kənarda keçirir. Xaricdə tibbi müayinəsi onun uzun illər əvvəl ağır xəstəliyə düçar olması ilə bağlıdır", - deyə Prezident Administrasiyası qeyd edib.
Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib.
Ramid İbrahimov















