• Bakı 16° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur - Simonyan

SİYASƏT

25 Aprel 2024 | 15:32

Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur - Simonyan

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.

Bakıvaxtı.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Düzünü desəm, sərhəd dirəyini quraşdırdığımıza şadam”, - o qeyd edib.

A.Simonyan hesab edir ki, bu gün Tavuş vilayəti əvvəlkindən daha çox qorunur.

Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.


SON XƏBƏRLƏR

04 May 2024