• Bakı 9° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əvəz Zeynallı ilə Elçin Sadıqovdan XƏBƏR VAR

HADİSƏ

12 Sentyabr 2022 | 10:27

Əvəz Zeynallı ilə Elçin Sadıqovdan XƏBƏR VAR

Sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasına aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Ə.Zeynallı və E.Sadıqov Baş Prokurorluq tərəfindən saxlanılsa da, məhkəmədən sonra birbaşa DTX-nin İstintaq Təcridxanasına aparılıblar.

Qeyd edək ki, sentyabrın 11-i saat 4 radələrində hər iki şəxs barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov barəsində isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə cinayət işi başlanıb. Onlar “Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR