Ötən ilin avqustunda nikah masasına oturan Demet Özdemir və Oğuzhan Koç 8 aylıq evliliklərinə son qoydular.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, diqqət çəkməmək üçün Adalar Ədliyyəsinə üstünlük verən məşhur cütlüt bir iclasda boşanıb.
Məhkəməyə ilk olaraq Demet Özdemir, 45 dəqiqə sonra isə Oğuzhan Qoç daxil olub.
Cütlük Adalar Ədliyyəsi Ailə Məhkəməsində görülən işdə qarşılıqlı razılaşma ilə boşanıb. Demet Özdemirin vəkili Duyqu Bostancı və Oğuzhan Koç vəkili Ayşegül Mermerlə birlikdə iştirak etdikləri prosesdə bir-birlərindən heç nə tələb etməyiblər.
Qeyd edək ki, 2022-ci ilin avqustunda ailə quran aktrisa Demet Özdemirlə müğənni Oğuzhan Koç arasında qıza müddət ərzində problemlər yaşanıb. Bundan sonra məşhur aktrisa evini tərk edərək tək yaşayıb.
Ay Tac













jpg-1686049879.webp)


