• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Əziz insanlara doğma münasibət

CƏMİYYƏT

11 Iyun 2022 | 09:57 | Müəllif: Qalib İbrahimoğlu

Əziz insanlara doğma münasibət

Əziz şəhidlərimizin ailələri və igid qazilərimiz "Formula 1" Azərbaycan Qran Prisinin fəxri qonağıdır.

Hər yerdə həmişə baş köşədə yeri olan əziz insanlara bu həssas münasibəti "Formula 1"də də görmək çox xoşdur. "Bakı Halqası" ikillik aralıqdan sonra yenidən sürətə meydan olub.

Yarış - həyəcanvericidir, adil qələbə - fərəhlidir.

Paytaxtımızın dünyanın dörd tərəfində insanları ekrana kilidləyən populyar yarışmaya ev sahibi olması səbəbi ilə adından, gözəlliyindən bəhs etdirməsi qürurvericidir. Bakıdan başqa Bakı yoxdur!

Bəli, keçirildiyi hər ildə 30 min civarında azarkeşin canlı izlədiyi "Formula 1" Azərbaycan Qran Prisi yenidən yarış həvəskarlarını tribunalarda salamlayır.

Dünən başlayan və 12 iyunda başa çatacaq möhtəşəm yarışa 44 günlük müharibədə xalqımıza tarixi Zəfər yaşadan əziz şəhidlərimizin ailə üzvləri və igid qazilərimiz fəxri qonaq olaraq dəvət olunub. Onlar Azərbaycan Qran Prisinin həyəcanını 3 gün boyu canlı-canlı izləyə biləcək.

Azərbaycan Vətən Müharibəsində cəsarət, hünər göstərmiş qəhrəmanlarımızın ailə üzvlərinin və fədakar qazilərimizin önəmli tədbirdə fəxri qonaq olması məmnuniyyət bəxs edir.

Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI


Əziz insanlara doğma münasibətƏziz insanlara doğma münasibətƏziz insanlara doğma münasibətƏziz insanlara doğma münasibət
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026