• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

FHN-də "Heydər Əliyev İli"nə həsr olunmuş tədbir keçirildi

CƏMİYYƏT

17 Yanvar 2023 | 18:40 | Müəllif: Subhan Mahmudov

FHN-də "Heydər Əliyev İli"nə həsr olunmuş tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə, Aviasiya dəstəsinin şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbirdə çıxış edənlər dövlət quruculuğuna böyük töhfələr vermiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Dahi Rəhbərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli əzmi sayəsində bu gün Azərbaycan beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlib. Ulu Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrik uzaqgörənliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, sosial-iqtisadi inkişafa nail olub, müasir ordu quruculuğu, o cümlədən milli zabit kadrlarının hazırlanması üçün tarixi işlər görüb. Bildirilib ki, Ümummilli Liderin siyasi kursu onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026