• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Filippində qasırğalar: 36 ölü, 6 yaralı

DÜNYA

29 Iyul 2024 | 16:50 | Müəllif: Gülşən Şərif

Filippində qasırğalar: 36 ölü, 6 yaralı

Filippini vuran "Butchoy" və "Karina" qasırğaları nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Bakıvaxtı.az "Hurriyet"ə istinadə xəbər verir ki, bununla bağlı Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) açıqlama yayıb.

NDRRMC-nin açıqlamasına görə, təxminən 4,5 milyon insan "Butchoy" və "Karina" qasırğalarından təsirlənib. Nəticədə 794 000 insan evlərini tərk etmək məcburiyyətində qalıb, 641 000 insan müxtəlif təhlükəsiz ərazilərə sığınıb. 

Bundan başqa, 20 mindən çox fermer və balıqçı maddi itkiyə məruz qalıb. 

Açıqlamada hökumətin təbii fəlakət bölgələrinə dövlət qurumları vasitəsilə təxminən 58 milyon dollar yardım etdiyi bildirilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR