• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Fransa "Google" və "Facebook"u 230 milyon avro cərimələyib

MULTİMEDİA

06 Yanvar 2022 | 20:17 | Müəllif: Subhan Mahmudov

Fransa "Google" və "Facebook"u 230 milyon avro cərimələyib

Fransanın İnformatika və Azadlıqlar üzrə Milli Komissiyası istifadəçilər barədə məlumatların toplanması qaydalarının pozulmasına görə "Google" şirkətini 150 milyon, "Facebook" sosial şəbəkəsini isə 60 milyon avro məbləğində cərimələyib.

Bakıvaxtı.az Trend-ə istinadən bildirir ki, qərar istifadəçilər barədə məlumatları toplayan və hədəf reklamların yayımlanması məqsədi ilə serverlərdə saxlayan "cookie"lərdən istifadə ilə əlaqədar qəbul edilib.

Qərarda qeyd olunur ki, "facebook.com", "google.fr" və "youtube.com" saytları istifadəçilərə "cookie"lərdən asanlıqla imtina etməyə imkan yaratmır. "Google"a tətbiq olunan 150 milyon avro məbləğində cərimə Fransada rekord hesab olunur.

Bundan əvvəl İnformatika və Azadlıqlar üzrə Milli Komissiya 2020-ci ilin dekabrında eyni qayda pozuntusu ilə "Google" şirkətini 100 milyon avro cərimələmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026