• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ronaldo ən çox nifrət edilən futbolçular sırasında

İDMAN

19 Yanvar 2024 | 10:20

Ronaldo ən çox nifrət edilən futbolçular sırasında

Nüfuzlu “Four Four Two” nəşri dünya futbol dünyasında ən çox nifrət edilən şəxslərin siyahısını hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıya “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Coi Barton başçılıq edir. Onun həm meydanda, həm də meydandan kənarda çoxsaylı zorakılıq hərəkətləri etdiyi bildirilir.

İkinci yeri Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter tutub. Onun rəhbərliyi altında təşkilatda ən böyük korrupsiya qalmaqalı baş verib.

İlk üçlüyü Almaniya millisinin sabiq qapıçısı Harald Şumaxer tamamlayıb.

Bu siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo da daxildir. Hücumçu yeddinci yerdə qərarlaşıb.

Səkkizinci yeri "Barselona"nın və "Atletiko Madrid"in keçmiş uruqvaylı hücumçusu, hazırda Amerikanın "İnter Mayami" klubunda argentinalı Lionel Messi ilə oynayan Luis Suares tutub.

İlk 10-luğu portuqaliyalı məşqçi Joze Mourniho tamamlayıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026